5 aprel 2012 14:26
Azərbaycanlı hakimləri Nyona çağırdılar
Aprelin 9-dan 11-dək İsveçrənin Nyon şəhərində talant qrupa daxil olan hakimlər üçün UEFA tərəfindən seminar təşkil olunacaq. Azerisport.az xəbər verir ki, seminarda azərbaycanlı hakimlər də iştirak edəcək.
Belə ki, FİFA referisi Anar Salmanovla FİFA referi köməkçisi Mehman Mahmudov İsveçrənin Nyon şəhərinə yollanaraq, seminara qatılacaq.
