5 aprel 2012 14:45
Azərbaycanlı hakim AÇ-nin final mərhələsində
Mayın 4-dən 16-a qədər Sloveniyada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, FİFA referi köməkçisi Mübariz Haşımov da qeyd olunan turnirə təyinat alıb.
