5 aprel 2012 16:29
Sumqayıt Ağayevin transferini həll etdi (FOTO)
“Sumqayıt” Futbol Klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə Sumqayıt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "UGİM 80" klubunun sabiq yarımmüdafiəçisi, hazırda 21 yaşadək futbolçulardan ibarət millimizin şərəfini qoruyan 09.02.1993 təvəllüdlü Murad Ağayev bu komandayla 1,5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, 19 yaşlı futbolçu “Sumqayıt”a azad agent kimi keçib.
