5 aprel 2012 17:46

Zeynal Məmmədov: Bütün ümidlərimiz kubokadı

“Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində komandasının çıxışından danışıb, şanslarından danışıb.
 
- Yəqin ki, “Qəbələ” üzərində qazanılan qələbədən razı qaldınız...
- Deməzdim ki, komanda həmin oyunda tam öz potensialını göstərə bildi. Amma hər halda yaxşı oynadıq. Xüsusilə də qol buraxandan sonra iki top vurub qələbə qazanmağımız sevindirməyə bilməz. Adətən, “Bakı” qol buraxandan sonra ruhdan düşürdü. Bu dəfə isə hər şey fərqli alındı. Bu qələbə bizə çox lazım idi. Çoxları düşünür ki, biz artıq hər şeydən əlimizi üzmüşük. Amma bu, belə deyil. Bizim hələ kubokda da, çempionatda da şansımız qalmaqdadı və mübarizəmizi sona kimi davam etdirəcəyik.
 
- Siz çempionatda şanslarınızın olduğunuza inanırsız?
- Nəzəri cəhətdən şans var. Real götürsək, təbii ki, mükafatçılar sırasına düşmək çətindi və bu, möcüzəyə bərabərdi. Buna görə də avrokuboklara çempionatdan vəsiqə qazanmağımız çətin görünür. Bizim bütün ümidlərimiz kubokla bağlıdı. Amma bu, o demək deyil ki, çempionat oyunlarında qələbə qazanmaq istəmirik. Biz klubun imici üçün oynayırıq. Son tura kimi qələbə üçün oynayacağıq. Kuboka gəlincə, bu turnirin qalibi olmaq bizim üçün çox vacib əhəmiyyət daşıyır.
 
- Qarşıda sizi “Neftçi” ilə oyun gözləyir...
- “Neftçi” çempionatın lideridi və çempionluğa hamıdan daha çox yaxındılar. Amma biz onlarla oyunda sona kimi döyüşəcəyik. Paytaxt derbisində qələbə qazanmaq istəyirik. Çempionatın lideri üzərində qələbə komandadakı atmosferə çox müsbət təsir edə bilər. Bu mövsüm “Neftçi” inamlı oyun sərgiləyir. Buna görə də onlara qarşı oynamaq çətindi. Futbolçularımız üçün xüsusi motivasiyaya gərək yoxdu. Onlar özləri də bilirlər ki, mütləq qələbə qazanmaq lazımdı.
 
- Siz komandanızın üzvlərinin çıxışından razısız?
- Desəm ki, razıyam, yalan danışmış olaram. Onlar hələ layiqli oyun sərgiləmirlər. Mənə elə gəlir ki, bu hələ də uyğunlaşma prosesinin başa çatmamasından irəli gəlir. Məsələn, Uinston Parks “Bakı”ya keçəndən sonra özünə bənzəmirdi. Amma sonradan kollektivə uyğunlaşa bildi. Maris Verpakovski və Deyvidas Çesnauski daha yaxşı oynaya bilər. Junior zədəli idi. Düşünürəm ki, zamanla onlar tam gücləri ilə komandaya kömək edə biləcəklər.
 
- Aleksandr Starkov getdiyi üçün onların da komandanı tərk etməsi mümkündümü?
- Çempionatın sonuna hələ qalır. Hələ nə olacağını bilmirik. Hər şey nəticədən asılı olacaq. Çempionatın sonunda hər şeyi müzakirə edib, qərar verəcəyik. Heyətdə dəyişikliklər olacağı istisna deyil. Amma “Bakı”nı kimlərin tərk edib, kimlərin qalacağı bəlli deyil.
 
- Maraqlıdı ki, Parks nə vaxt qol vurursa, “Bakı” qələbə qazanır...
- O, daha yaxşı oynamağa çalışır. Sirr deyil ki, o, olmayanda hücumçularımızın da işi çətin olur. Bu, hücum xəttində problemlərimizin olmasını göstərir. Ön xətt oyunçularımız yaradılan epizodları lazımınca dəyərləndirə bilmirlər. Bu vəziyyət məni narahat edir. Qol vurmadan qələbə qazanmaq olmaz.
 
- Starkov müsahibəsində bildirib ki, o, azarkeşlərin və mətbuatın təzyiqi nəticəsində istefa verib...
- “Bakı”da hər cür şərait yaradılıb. Özünüz baxın – bizdə əla şərait, heyət var, rəhbərlik məşqçinin tələb etdiyi hər şeyi reallaşdırır. Bütün bunlardan sonra oyun yoxdusa, biz nə edə bilərik? Biz Starkovdan nəticə tələb etməkdə haqlı idik. Əgər onun üçün hər cür şərait yaradılıbsa, komandası layiqli oyun sərgiləməliydi.
 
- “Bakı”nın Kaxaber Tsxadadze ilə danışıqlar aparmasına dair məlumatlar nə dərəcədə həqiqətə uyğundu?
- Mən hər gün mətbuatda “Bakı”nın baş məşqçisi postuna bir yeni mütəxəssis adına rast gəlirəm. Demək istəyirəm ki, klub rəhbərliyi Novruz Əzimovu dəstəkləyir. Maraqlıdı ki, daha sonra kimi bu posta təyin edəcəklər. Amma demək istəyirəm ki, biz baş məşqçi axtarmırıq. Çünki Əzimov komandanı hamıdan daha yaxşı tanıyır. Onun yaxşı şansı var və bundan yararlanmağa çalışmalıdı.
 
- Klub avrokuboklara vəsiqə qazansa, onu postunda saxlayacaqsız?
- Əzimov da bilir ki, hər şey mövsümün sonundakı nəticədən asılıdı. Əgər biz avrokuboklara vəsiqə qazana bilsək, Əzimov postunda qalacaq. İndidən bu haqda danışmaq tezdi. Gəlin öncə avrokuboklara vəsiqəni təmin edək, sonra bu məsələyə baxarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.