5 aprel 2012 17:58

İnterin Qarabağla 26-cı dueli

Premyer Liqanın 27-ci turunun qarşıdan gələn “İnter” - “Qarabağ” matçı hər iki komanda üçün sayca 26-cı qarşılaşma olacaq. Azerisport.az  paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu oyunadək komandalar bir-birilə 25 dəfə qarşılaşıb.
 
Bu qarşılaşmalardan 20-si çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür. “İnter” rəqibini 10 dəfə məğlub edə bilib, “Qarabağ” isə 9 qələbəylə fərqlənib, qalan 6 matçda tərəflər meydandan sülhlə ayrılıblar.
 
Komandalar ilk dəfə 2006-cı ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən  vurub.
 
Qeyd edək ki, bu mövsümdə komandalar iki dəfə qarşılaşıb, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşmasa qolsuz bərabərliklə başa çatıb. “İnter” - “Qarabağ” matçında populyar hesab 1:0-dır. Belə hesab 25 oyundan 14-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub.
 
Azərbaycan çempionatında ev oyunlarında “Qarabağ”a qarşı “İnter” üstünlüyə malikdir. Belə ki, "bankirlər" 10 qarşılaşmanın 6-da ağdamlıları məğlub etməyi bacarıb. 2 oyun heç-heçə başa çatıb və 2 dəfə “Qarabağ” qələbə qazanıb. Bu qarşılaşmalarda qop fərqi “İnter”in xeyrinə 9:5-dir.
 
“İnter” - “Qarabağ”
 
25,+10,=6-9, toplar 20-19
 
Qeyd edək ki, “İnter” - “Qarabağ” matçı aprelin 7-də keçiriləcək. "Şəfa" stadionunda baş tutacaq görüş saat 16:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.