5 aprel 2012 18:11
21-ci paytaxt derbisinə doğru
Premyer Liqanın 27-ci turunun “Neftçi” – “Bakı” qarşılaşması rəqiblərin sayca 21-ci oyunu olacaq. Azerisport.az xəbər veirr ki, rəqiblər indiyədək 20 dəfə qarşılaşıblar.
“Neftçi”nin 10, “Bakı”nın isə 6 qələbə qazandığı paytaxt derbilərindən 4-ü heç-heçə bitib. Top fərqində də “Neftçi”nin üstünlüyü var – 22:20.
“Neftçi”nin ən məhsuldar futbolçusu Bohadır Nəsimovdu. Özbək forvard bu mövsüm 16 dəfə fərqlənib. “Bakı”nın heyətində isə ən çox fərqlənən Uinston Parksdı. Kosta-rikalı futbolçu 7 dəfə rəqib qapılarına yol tapıb.
“Neftçi” cari mövsüm hər oyuna orta hesabla 1,88 qol vurur, 0,88 qol buraxır. “Bakı”da isə göstəricilər belədi: hər oyuna orta hesabla 1,19 qol vurulur, 1 qol buraxılır.
Bu mövsüm “Bakı” ən böyükhesablı qələbəsini “Turan” üzərində qazanıb – 5:0. “Neftçi” isə AZAL-ı darmadağın edib – 7:1.
“Bakı”nın orta yaş həddi 25,8 təşkil edir. “Neftçi”də bu rəqəm 25,3-ə bərabərdi.
“Neftçi” – “Bakı”: bütün qarşılaşmalar
15.09.2004 Bakı 2:0 Neftçi
13.02.2005 Neftçi 0:0 Bakı
03.12.2005 Bakı 2:2 Neftçi
07.05.2006 Neftçi 0:1 Bakı
10.11.2006 Bakı 0:1 Neftçi
08.05.2007 Neftçi 1:0 Bakı
20.10.2007 Bakı 5:1 Neftçi
30.03.2008 Neftçi 3:2 Bakı
16.08.2008 Neftçi 0:1 Bakı
21.02.2009 Bakı 2:0 Neftçi
24.10.2009 Bakı 0:2 Neftçi
09.02.2010 Neftçi 1:1 Bakı
21.03.2010 Neftçi 1:0 Bakı
23.04.2010 Bakı 1:1 Neftçi
31.10.2010 Bakı 0:2 Neftçi
11.12.2010 Neftçi 0:2 Bakı
13.03.2011 Bakı 0:1 Neftçi
23.04.2011 Neftçi 2:0 Bakı
23.09.2011 Neftçi 1:0 Bakı
07.03.2012 Bakı 1:3 Neftçi
