5 aprel 2012 18:25
Galatasarayda dava düşdü (FOTO)
Türkiyənin “Galatasaray” klubunun bu gün baş tutan məşqində dava düşüb. Azerisport.az xəbər verir ki, komandanın legioner futbolçuları – Felipe Melo və Albert Riera bir-biri ilə dalaşıb.
Bununla bağlı “Galatasaray” rəsmi saytı ilə açıqlama da yayıb: “Futbol komandamızın bu gün baş tutan məşqində klubumuzun futbolçularından Felipe Melo ilə Albert Riera arasında yaşanan gərginlik səbəbindən hər iki futbolçu baş məşqçi Fatih Terim tərəfindən paltardəyişmə otağına göndərilib. Futbolçularımız arasındakı gərginlik paltardəyişmə otağında da davam edib. Hər iki futbolçu ilə bağlı klubumuzun daxili nizam-intizam qaydalarına əsasən tədbir görüləcək”.
