5 aprel 2012 19:37
Bakı Neftçiylə oyuna 5 itki ilə hazırlaşır
“Bakı” “Neftçi” ilə səfər oyununun hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirir. Azerisport.az xəbər verir ki, Novruz Əzimovun yetirmələri saat 16:00-da klubun təlim-məşq bazasının təbii örtüklü meydanında bir araya gəliblər.
Hazırlıq bir saat davam edib. Fiziki təmrinlərlə başlayan məşq toplu hərəkətərlə başa çatıb. Məşqdə zədə səbəbindən kənarda qalan Elvin Əliyev, 21 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Novruz Məmmədov və Rəhman Hacıyev iştirak etməyib. İspaniyalı hücumçu Koke isə yüngül zədə səbəbindən fərdi məşq keçib.

Qeyd edək ki, Elvin Əliyev yeni cərrahiyə əməliyyatı keçirib və meydana dönəcəyi vaxt 15 gün sonra bilinəcək.