6 aprel 2012 01:57

Avroliqa: İspanların gecəsi (YENİLƏNİB)

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, dörd görüşün hamısı eyni gündə baş tutub.
 
Qeyd edək ki, bu mərhələdə iki Almaniya – İspaniya qarşıdurması diqqət çəkirdi. Belə ki, “Atletico” ilk oyunda məğlub etdiyi “Hannover”in qonağı olub və yenə qələbə qazanaraq, yarımfinala çıxıb. “Schalke”ni səfərdə yenməyi bacaran “Athletic” də doğma meydanda uğurunun davamını gətirməyə çalışıb. Düzdü, bu dəfə qələbə qazanmaq mümkün olmasa da, növbəti mərhələyə məhz ispanlar yüksəliblər.
 
Turnirin 1/4 finalında ən çox komandayla təmsil olunan İspaniyanın daha bir klubu – “Valencia” isə ilk oyunda uduzduğu “AZ Alkmaar”dan qisas almaqla yarımfinalçı olub. Xarkov “Metallist”i isə “Sporting” ilə dueldən qalib ayrılmağı hədəfləsə də, bu istəyinə çata bilməyib. Beləcə, yarımfinalda üç ispan klubuna məhz portuqallar yoldaş olublar.
 
Avropa Liqası
1/4 final (cavab oyunları)
5 aprel
 
Athletic (İspaniya) - Schalke (Almaniya) - 2:2 (4:2)
Qollar: Qomes, 41, Laskurain, 55 - Huntelaar, 29, Raul, 52.
 
Hannover (Almaniya) - Atletico (İspaniya) - 1:2 (1:2)
Qollar: Diuf, 81 - Adrian, 63, Falkao, 87.
 
Metallist (Xarkov, Ukrayna) - Sporting (Portuqaliya) - 1:1 (1:2)
Qollar: Kristaldo, 57 - Volfsvinkel, 44.
 
Valencia (İspaniya) - AZ Alkmaar (Hollandiya) - 4:0 (1:2)
Qollar: Rami, 15; 17, Alba, 56, Ernandes, 80.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.