5 aprel 2012 12:28

Antonio Semedo: Bizə bütün oyunlarda qələbə qazanmaq lazımdı

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Antonio Semedo Premyer Liqanın 27-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıda sizi “Qəbələ” ilə oyun gözləyir. Bu komanda barədə nə deyə bilərsiz?
- Çox güclü komandadı. Xüsusilə də hücum xəttində çıxış edən futbolçuları çox yaxşı oyun sərgiləyirlər. “Qəbələ” İngiltərə stilində oynayır. Əminəm ki, bizi çox çətin oyun gözləyir.
 
- Siz mart ayındakı bütün oyunlarda qol vurmağa nail olan Yannik Kamanan barədə heç nə demədiniz...
- Deməli, hər şeyi etməliyik ki, o, özünü iyun ayındakı kimi hiss etsin. Axı həmin ayda heç bir oyun keçirilmir və qol vurmaq da lazım gəlmir.
 
- Yunis Hüseynovun rəhbərliyi altında çalışmaq çətin deyil ki?
- Bizim hələ ki, yeni baş məşqçini daha yaxşı tanımaq imkanımız olmayıb. Biz onun təyinatından cəmi dörd gün sonra oyuna çıxdıq. Bu da xeyli çətinliklər yaratdı. Amma nəhayət “İnter”lə son oyunda qələbə qazana bildik. Fikrimcə, müəyyən vaxt keçdikdən sonra hər şey qaydasına düşəcək.
 
- “İnter”lə iki ardıcıl oyun keçirmək nə dərəcədə ağır idi?
- Çempionat oyunu tamamilə fərqlidi. Bu mövsüm biz bu komandayla artıq dörd oyun keçirmişdik, üçündə uduzub, birində heç-heçə oynamışdıq. Amma bu dəfə qələbə qazanmaq istəyirdik. Yeni taktikadan istifadə etdik. Düşünürəm ki, uğurlu alındı. Rəqibdən daha güclü idik.
 
- Yəni zaman keçdikcə “İnter”lə oyunlarda irəliləyişə nail ola bildiniz: öncə heç-heçə, ardınca qələbə...
- Biz onlarla kubok oyunlarında da yaxşı oynamışdıq. Birinci oyunda bəxtimiz gətirmədi və uduzduq. Cavab oyununda da uğur üzümüzə gülmədi. Çempionat oyununda isə xarakter göstərərək, qələbə qazandıq.
 
- Azərbaycan kubokunda kimi favorit görürsüz?
- Məni ancaq öz komandam maraqlandırır. “Xəzər Lənkəran” bu turnirdə yoxdursa, mənə də maraqlı deyil. Artıq bütün fikirlərim qarşıdakı “Qəbələ” ilə oyuna yönəlib. “İnter” üzərindəki qələbədən sonra özümüzə inam yüksəlib.

- Lakin “Neftçi”dən altı xal geridəsiz...
- İstənilən halda şansımız hələ də var. Futbolda hər şey olur. Bizi güclü komandalarla oyunlar gözləyirsə, “Neftçi”nin də xal itirmək ehtimalı az deyil. Altı xallıq fərq elə də çox deyil. Sadəcə, bütün oyunlarda qələbə qazanmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.