6 aprel 2012 13:01
Millimizin İslandiya ilə oyununun vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma iyunun 5-də, yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 6 iyun, saat 00:15), Reykyavik şəhərindəki KR-Vellur stadionunda keçiriləcək.
