6 aprel 2012 00:48

Muarem Muarem: Bunu öz gözlərimlə görmək istəyirəm

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Premyer Liqanın 27-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb, komandasının çıxışını və şanslarını dəyərləndirib.
 
- Sizi qarşıda “İnter”lə heç də asan olmayacaq oyun gözləyir. Bu oyunla bağlı nə düşünürsüz?
- “Qarabağ” hər rəqiblə oyuna xüsusi hazırlaşır. “Neftçi” ilə oyundan dərhal sonra “İnter”lə görüşə köklənmişik. “”Bankirlər” hazırda çempionatın ən güclü komandalarından biri hesab olunurlar. Bunu turnir cədvəlində üçüncü pillədə getmələri də sübut edir. Buna görə də “İnter”lə oyuna çox ciddi hazırlaşırıq və qələbə qazanmaq istəyirik. Başa düşürük ki, rəqib də eyni şeyi arzulayır. Yəqin ki, “İnter” “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra bizimlə görüşə ikiqat güclə hazırlaşır.
 
- “Qarabağ”ın qələbə şanslarını necə dəyərləndirərdiz?
- Şansları qiymətləndirmək çətindi. Hər iki komanda çempionluğa oynayır, qələbə qazanmaq istəyir. “İnter”də elə legionerlər var ki, artıq uzun illərdi Azərbaycanda çıxış edirlər. Buna görə də onların formalaşmış heyəti var. Biz hər ələ düşən şansdan maksimum yararlanmağa çalışmalıyıq.
 
- Sizcə, “Neftçi” ilə son oyunda qələbə qazanmağa nə mane oldu?
- Biz bu oyuna çox yaxşı hazırlaşmışdıq. Oyun da göstərdi ki, bizə sadəcə yaradılan qol vəziyyətlərindən yararlanmaq qalırdı. Amma bu oyunda xal itkisini faciəyə çevirmək lazım deyil. Azrkeşlər bizi sona kimi dəstəkləməlidilər. Bizim hələ qızıl medallara şanslarımız qalır. Heç kim əminliklə deyə bilməz ki, “Neftçi” xal itirməyəcək.
 
- Eyni zamanda sizin də xal itirmək ehtimalınız var...
- Əgər biz qızıl medal şanslarımızı itirsək, o zaman bütün diqqətimizi kuboka yönəldəcəyik. Çünki bizim finala çıxmaq və mövsümü uğurla başa vurmaq şansımız da var. Artıq indi zəif rəqib qalmayıb. “İnter”lə oyundan dərhal sonra “Qəbələ” ilə qarşılaşmalıyıq. Guya bu komandalar xal itirməyi arzulayırlar? Xeyr. Hər bir komanda ancaq özü üçün oynayır. Buna görə də hər turda istənilən komandanın xal itirməsi mümkündü. Hesab edirəm ki, “Neftçi” ilə indiki 5 xallıq fərq çox olmadığı qədər az da deyil. Çatmaq olar.
 
- İki cəbhədə mübarizə aparmaq komandanıza çətin olmayacaq ki?
- “Qarabağ” həm çempionatda, həm də kubokda mübarizə aparmağa qadirdi. Əlbəttə, hərdən olur ki, bir həftəyə iki oyun keçiririk. Amma bu, bizim işimizdi. “Qarabağ” avrokuboklardan kənar qala bilməz. Komandamızda böyük rəqabət var. Ümumiyyətlə, “Qarabağ”ın futbolçularını ən güclülərdən hesab edirəm. Komandamız istənilən rəqibini məğlub edə bilər.
 
- Siz “Qarabağ”a qışda gəlmisiz. Komandanızın artıq üç ildi avrokuboklarda uğurlu çıxış etdiyindən xəbəriniz varmı?
- Bəli, dostlarım bu barədə mənə məlumat veriblər. Hər bir Azərbaycan klubu Avropada mümkün qədər uğurlu çıxış etməyə çalışır. Mənə deyiblər ki, yayda azarkeşlərin böyük əksəriyyəti məhz bizim komandanı dəstəkləyirlər. Bunu öz gözlərimlə görmək istəyirəm. Amma bunun üçün ilk növbədə avrokuboklara vəsiqə qazanmaq lazımdı. Avrokuboklardakı hədəflərimizdən danışmaq hələ tezdi. Lakin “Qarabağ”dakı karyeramın uğurlu alınacağına əminəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.