6 aprel 2012 01:23
Millimizin müdafiəçisi sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq sıradan çıxıb. Azerisport.az xəbər verir ki, Almaniyanın “Freiburg” klubunun ikinci komandasında çıxış edən millimizin üzvü zədələnib.
O, komandasının son məşqlərinin birində çanaq nahiyəsindən zədə alıb. Bu üzdən də gənc müdafiəçi hazırlıq prosesini tamamlaya bilməyib.
Hələlik Ufukun zədəsinin nə dərəcədə ciddi olduğu dəqiq bilinmir. Buna ətraflı müayinədən sonra aydınlıq gələcək.
