6 aprel 2012 02:02
Avropa Liqasında yarımfinal cütləri bəlli oldu
Ötən gecə baş tutan cavab oyunları ilə UEFA Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, rəqiblərindən daha güclü çıxan İspaniyanın bu mərhələdəki bütün klubları (“Atletico”, “Valencia” və “Athletic”), eləcə də Portuqaliyanın “Sporting” komandası yarımfinala vəsiqəyə sahib çıxıb.
Bu oyunlardan sonra yarımfinal cütlüklərinə də aydınlıq gəlib. Belə ki, Avroliqanın dörd ən güclüsünün finala vəsiqə uğrunda kiminlə qarşılaşacağı bəllidi.
İspaniyanın iki klubu – “Valencia” və “Atletico” finala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparmalı olacaq. “Athletic” isə “Sporting” ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 18-da, cavab görüşləri ayın 26-da keçiriləcək.
Avropa Liqası
Yarımfinal
Atletico - Valencia
Sporting - Athletic
