6 aprel 2012 14:23
“Qarşıya Neftçini məğlub etmək hədəfini qoymuşuq”
“Bakı”nın baş məşqçisi Novruz Əzimov Premyer Liqanın 27-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırlıq prosesimiz həmişəki qaydada davam edir. Xüsusi nəsə etmməşik. Digər oyunlara necə hazırlaşırdıqsa, derbiyə də eyni qayda ilə hazırlaşırıq. Düzdü, bu mövsüm “Neftçi” ilə oyunların hər ikisində məğlub olmuşuq. Amma bu dəfə qarşımıza hədəf qoymuşuq: yaxşı oyun sərgiləyib, “Neftçi”ni məğlub etməliyik”.
