6 aprel 2012 02:14
Fenerbahçeli futbolçu avtomobil qəzası keçirdi
Türkiyənin “Fenerbahçe” klubunun futbolçusu Miroslav Stox avtomobil qəzası keçirib. Azerisport.az xəbər verir ki, hadisə ötən gün aşxam saatlarında olub.
Avtomobili slovakiyalı futbolçu yox, onun dostu idarə edirmiş. Atvtomobili idarə edən şəxs Stoxun yaşadığı evin yaxınlığında idarəetməni itirdiyi üçün maşın ağaca çırpılıb. Maşına ciddi zərər dəysə də, xoşbəxtlikdən futbolçuya və dostuna bir şey olmayıb.
Bu barədə məlumatı “Fenerbahçe”nin rəsmi saytı da təsdiqləyib. Klub Stoxa keçmiş olsun diləklərini çatdırıb.
