6 aprel 2012 15:25
Yaz turniri keçiriləcək
Aprelin 10-dan 12-dək Azərbaycan Texniki Universitetinin idman zalında AFFA və Əlilər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında ənənəvi “Yaz turniri” keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Artıq turnirin təqvimi də müəyyənləşib. Yenə dörd komandadan ibarət olacaq turnirin təqvimini diqqətinizə çatdırırıq:
10 aprel
Saat 10:00. Açılış mərasimi
Saat 10:30. Ümid – Birlik
Saat 11:30. Zirvə – Şimşək
11 aprel
Saat 10:00. Zirvə – Birlik
Saat 11:00. Şimşək – Ümid
12 aprel
Saat 10:00. Şimşək – Birlik
Saat 11:00. Ümid – Zirvə
Saat 12:30. Mükafatlandırma mərasimi
