6 aprel 2012 15:41
Böyükağa Hacıyev: Xal itirmək vaxtı deyil
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 27-ci turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim üçün bu, adi bir oyun olacaq. “Bakı” son turlarda yaxşı oyun sərgiləyir. Onlar kubokda yarımfinala çıxdılar. Yəqin ki, çempionatda da sona kimi vuruşacaqlar. “Neftçi” əsas izləyiciləri ilə xal fərqini azaltmağa hazırlaşmır. Çünki beş xallıq fərq elə də çox deyil. Ona görə də hər oyunda maksimuma çalışırıq. “Bakı” ilə derbi oyunu bizim üçün çox vacibdi. Xal itirmək vaxtı deyil”.
