6 aprel 2012 16:07
AZAL baş məşqçisini sabah təqdim edəcək
Məlum olduğu kimi, Bakının AZAL klubunda yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bu postdan istefa verən Rafiq Mirzəyevin əvəzinə Vaqif Sadıqov təyin olunub.
Klubla iki illik müqavilə bağlayan mütəxəssis artıq AZAL-da ilk məşqinə də çıxıb. Lakin klub rəhbərliyi onu ictimaiyyətə sabah təqdim edəcək. Belə ki, bu məqsədlə sabah saat 16:00-da jurnalistlər üçün mətbuat konfransı təşkil olunacaq. Tədbirdə Sadıqovla yanaşı klub rəsmilərinin də iştirakı gözlənilir.
