6 aprel 2012 16:55
Yığmamız Macarıstan çempionuna 3 cavabsız qol vurdu
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi “Viktoria SC Szombathely” komandası olub.
Futbolçularımız rəqibinəa 3:0 hesabı ilə qalib gəlib. Qolları Nərgiz Ömərova, Melis Sarıaltın və Leyla Solmaz vurub.
Qeyd edək ki, “Viktoria SC Szombathely” komandası Macarıstanın U-17 qızlar liqasının hazırkı çempionudu.
