6 aprel 2012 17:18

Elman Ələkbərov: Rusiya - Azərbaycan matçı heç-heçə bitəcək

Təcrübəli futzal mütəxəssisi Elman Ələkbərov azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasının dünya çempionatına vəsiqə uğrunda Rusiyaya qarşı keçirəcəyi cavab pley-off matçı üçün şanslarını dəyərləndirib.
 
- Sizcə, komandamızın dünya çempionatına vəsiqə qazanmaq şansları nə dərəcədə yüksəkdi?
- Hesab edirəm ki, şanslar elə də pis deyil. İlk oyunda 0:3 hesabıyla uduzduğumuz vaxt kim düşünərdi ki, hesab 2:3 olacaq? Yəni hər şey mümkündü. Amma uşaqlara çox çətin olacaq. Birinci növbədə düzgün taktika seçmək lazımdı. Joze Alesio bilməlidi ki, Azərbaycanda daha güclü oyunçular var. Mən komandamızda son dövrlərdəki enişin səbəbini anlaya bilmirəm. Braziliyalılar arasında Kakadan başqa heç kim normal oyun sərgiləmir. Rəcəb Fərəczadə ilk oyunun əvvəllərində pis təsir bağışlamırdı. Amma onu əvəzləyəndən sonra heç meydana buraxmadı. Bunu anlaya bilmirəm.
 
- Rusların özlərini artıq DÇ-də hiss etməsi bizim xeyrimizə ola bilər?
- Əlbəttə. Yaxşı ki, elə belə də düşünürlər. Ammü ümumilikdə mən heç-heçə olacağını düşünürəm. Onlarla oynamaq olar. Bunu ilk oyun da göstərdi. Həmin oyunda Rusiya heç nə göstərmədi.
 
- Sizcə, ilk oyunda qələbə qazanmağımıza nə mane oldu?
- Ruslar bizim braziliyalıları çox yaxşı tanıyırlar. Onları saxlamaq rəqib oyunçular üçün elə də ciddi çətinliklər yaratmır. Felipe hazır deyildi. Bunu ilk oyun da göstərdi. İlk qol Serjionun səhvindən buraxılmışdısa, ikincində də günah Felipedə idi. İlk oyunda Kaka və Elnur Zamanov özlərini daha yaxşı tərəfdən göstərə bildi. Tümendə də çətin oyun olacaq.
 
- Tümendə çoxlu soydaşlarımızın yaşaması yığmamıza dəstək baxımından xeyrimizə ola bilərmi?
- Təcrübə əksini deyir. Yadıma gəlir ki, 2001-ci ildə Norilskdə oyunumuz var idi. Oda 25-30 min azərbaycanlı yaşadığı halda, zalda cəmi 2 həmyerlimizə rast gəlmək olardı. Onlar da taksi sürücüləri idi.
 
- DÇ-2012-yə vəsiqə qazana bilməsək, bunu uğursuzluq saymaq olar?
- Xeyr. Pley-offa qədər irəliləməyimiz də bir uğurdu. Biz final mərhələlərində oynamağa da imkan tapacağıq. Rusiya dünyanın 4-5 komandasından biridi. Onlara Avropanın ən güclüsü olmaq üçün cəmi bir neçə dəqiqə çatışmadı. Bizim səhvimiz onda oldu ki, qrupda birinci yeri tutmağı bacarmadıq. Birinci yeri Ukraynaya uduzmamalıydıq. Federasiya prezidenti Zaur Axundov əlindən gələni edir ki, nəticələrimiz yaxşılaşsın.
 
- Sizə elə gəlmir ki, mundiala vəsiqə qazanmasaq, komandada ciddi dəyişikliklərə ehtiyac var?
- Dəyişikliklərə hər zaman ehtiyac duyulur. Lakin bunu Rusiya ilə oyun öncəsi etməməyimiz düzgün addım idi. Bizdə yeni nəsil yetişməkdədi və gələcəkdə daha güclü yığmamız olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.