6 aprel 2012 17:36
Qarabağda İnterlə oyun öncəsi xoş sürpriz (FOTO)
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün “Şəfa” stadionunda 16:00-da günün yeganə çalışmasına çıxan komanda xoş sürprizlə üzləşib.
Belə ki, daim “Qarabağ”ın yanında olan vitse-prezident Tahir Gözel komandanı ziyarət edib. Məşqdən öncə soyunub-geyinmə otağına gələn başqan futbolçularla bir-bir görüşüb, onlara qısaca söhbət edib. Futbolçularla hal-əhval tutan Tahir Gözəl “İnter”lə oyun öncəsi komandaya mənəvi dəstək olduğunu nümayiş etdirib. Ardınca o, komandanın məşqini də izləyib.
Xatırladaq ki, “İnter” – “Qarabağ” oyunu sabah, 16:00-da “Şəfa” stadionunda keçiriləcək.
