6 aprel 2012 18:14
Daha bir futbol hakimi intihar etdi
Makedoniyalı futbol hakimi Petr Velyanovski intihar edib. Azerisport.az xəbər verir ki, 29 yaşlı ədalət təmsilçisi özünü yaşadığı evin 8-ci mərtəbəsindən aşağı atıb.
O, aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Ölkəsinin perspektivli hakimlərindən sayılan P.Velyanovski növbəti mövsümdən A qrupuna keçməli idi. Lakin Makedoniya KİV-i onun yerli futbol federasiyası ilə problemlərinin yarandığını və bu üzdən də özünə qəsd etdiyini iddia edir.
