6 aprel 2012 18:30
Neftçi və Qəbələdən növbəti qələbə
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
“Bakı” paytaxt derbisində “İnter”i məğlub edib. “Neftçi” “Kəpəz”lə oyunda qələbə qazanıb. Liderin əsas izləyicisi “Qəbələ” də AZAL-la ev oyununda darmadağına imza atıb. “Sumqayıt” “Qarabağ”ı məğlub yola salıb. “Rəvan” “Turan”la, “Simurq” da “Xəzər Lənkəran”la xalları yarı bölüb.
Əvəzedicilərin çempionatı
27-ci tur
6 aprel (cümə)
Bakı – İnter – 2:0
Qollar: Mətin Əbilsoy, 10, Rəsul Teymurxanlı, 80.
Hakimlər: Rasim Məmmədov, Rəvan Həmzəzadə, Müslüm Mövludov, Rəşadət Cəfərov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Neftçi – Kəpəz – 2:0
Qollar: İlham Allahverdiyev, 35-pen; 83.
Hakimlər: Ramil Əhmədov, Elxan Əsgərzadə, Akif Əmirəli, Yusif Hüseynov
Bakı. Dalğa Arena.
Qəbələ – AZAL – 5:0
Qollar: Amil Yunanov, 66; 90+1, Rəşid Əmiraslanov, 76, Rey Məmmədbəyli, 88; 90+3.
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Mariya Qasımova
Qəbələ. Şəhər stadionu.
Sumqayıt – Qarabağ – 1:0
Qol: Əbülfət Abbasov, 52.
Hakimlər: Səbayel Qurbanova, Yuliya Larionova, Gülyana Güvəndiyeva, Namiq Süleymanov
Şağan Olimpiya Kompleksinin stadionu.
Rəvan – Turan – 1:1
Qollar: Sergey Çernışev, 61 - Rəşad Piriyev, 90+3-pen.
Hakimlər: Sərxan İsmayılov, Rəşad Abbasov, Qəzənfər Məmmədov, Taleh Məmmədov
Bakı. “Şəfa” stadionu, IV meydança.
Simurq – Xəzər Lənkəran – 0:0
Hakimlər: Elgün Hüseynov, Mətin Vəliyev, Rasim Əhmədov, Anar Heydərov
Zaqatala. Şəhər stadionu.
1
27
19
4
4
62-29
61
