7 aprel 2012 00:05
İkincilik savaşı, derbi və debüt
Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq, yenə turun 3 görüşü şənbə, qalanları isə bazar gününə təsadüf edəcək.
Turun daha əhəmiyyətli iki oyunu məhz bu gün baş tutacaq. Belə ki, turun mərkəzi oyununda “Qarabağ” “İnter”in qonağı olacaq. İkinci yerdən gedən Ağdam klubunu əsas izləyicisi olan “bankirlər”dən cəmi 1 xal ayırır. Bu isə təbii ki, qarşılaşmanın çox prinsipial əhəmiyyət daşımasına işarədi. Paytaxt klubu artıq son üç çempionat oyununda uduzduğundan, bu dəfə eyni aqibəti yaşamamaq üçün əlindən gələni edəcək. Bakılılar doğma meydanda azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaq. Heç-heçə daha çox ağdamlıların işinə yarasa da, elə paytaxt klubu üçün də bu, pis variant sayılmaya bilər. Lakin nəzərə alsaq ki, hər iki komandanı daha çox lider “Neftçi”ylə xal fərqini azaltmaq, ən azı hazırkı vəziyyəti davam etdirmək düşündürür, o zaman tərəflərin 3 xal üçün döyüşəcəyi gün kimi aydındı.
“İnter”dən fərqli olaraq, “Qarabağ” qış fasiləsindən sonra bir dəfə də olsun, məğlubiyyətlə üzləşməyib. Ağdam təmsilçisi bu seriyasının qırılmamasına da çalışacaq. Yeri gəlmişkən, bu komandalar arasında təsnifat mərhələsində Bakıda keçirilmiş oyunda qolsuz heç-heçə qeydə alınmışdı. “Qarabağ” - “İnter” görüşündə isə meydan sahibləri qələbəni bayram etmişdilər - 1:0.
Daha bir prinsipial görüş Qəbələdə keçiriləcək. Şəhərin eyni adlı təmsilçisi “Xəzər Lənkəran”ı məğlub yola salmağa çalışacaq. Hansı ki, bunu təsnifat mərhələsində bacarmışdılar - 2:1. Düzdü, cənublular da öz meydanında bu rəqibini eyni hesabla yenmişdilər. Bu dəfə necə olacağı isə maraqla gözlənilir. “Qəbələ” çempionatın final mərhələsində kifayət qədər inamlı çıxışı ilə diqqət çəkir. “Xəzər Lənkəran” son turda “İnter”i məğlub yola salmağı bacarsa da, hələ də Yunis Hüseynovun rəhbərliyi altında öz oyununu axtarır və bu eksperimentlər “ağ-yaşıllar”ın çıxışına təsirsiz ötüşməyə bilməz.
İlk oyun gününün digər görüşü isə ikinci altılıq çərçivəsində baş tutacaq. “Turan” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Daim prinsipiallığı ilə seçilən qərb derbisi bu dəfə də az əhəmiyyət kəsb etmir. Düzdü, Gəncə klubu elitanı tərk etməklə bağlı ciddi təhlükə ilə qarşı-qarşıya olmasa da, tovuzlulara qələbə hava-su kimi lazımdı. Çünki elitada qalmaq üçün Əsgər Abdullayevin komandasının başqa çıxış yolu yoxdu. Yeri gəlmişkən, “Turan” cari mövsüm nə qədər pis vəziyyətdə olsa da, “Kəpəz”lə oyunları uğurlu alınır. Belə ki, təsnifat mərhələsində tovuzlular doğma meydanda gəncəlilər üzərində 3:1 hesablı qələbəyə sevinmişdilər. Elə Gəncədəki görüşdə də “Turan” xal qazanmağı bacarmışdı - 1:1.
Qalan üç oyun bazar günü keçiriləcək. Paytaxt derbisində lider “Neftçi” “Bakı” ilə üz-üzə gələcək. İlk altılığın əks qütblərində qərarlaşmalarına baxmayaraq, derbinin gərgin və maraqlı idman mübarizəsi şəraitində keçəcəyinə ümid etmək olar. Bu mövsüm baş tutan hər iki görüşdə “Neftçi” “Bakı”nı məğlub edib - 1:0, 3:1. “Ağ-qaralar” bu oyunda da qələbə qazana bilərlər. Ən azı ona görə ki, doğma meydan amili ölkə çempionunun lehinədi. Lakin “zolaqlılar” da həm əvvəlki məğlubiyyətlərin əvəzini çıxmaq, həm də imici xatirinə bu derbini qazanmağa çalışacaqlar. Novruz Əzimovun rəhbərliyi altında nəticələrini yaxşılaşdırmağa başlayan “Bakı” ən azı heç-heçəyə nail ola bilər. İlk altılığın son pilləsini tərk etmək üçün qazanılacaq 1 xal da qonaqlar üçün az əhəmiyyət kəsb etməyəcək. “Neftçi” isə nəinki heç-heçə, hətta məğlub olacağı halda da liderliyini davam etdirəcək.
Qış fasiləsindən sonra bir qayda olaraq məğlubiyyətləri sıralayan, yalnız ötən tur əsas rəqibi “Turan”la oyunda 1 xal qazanan son pillənin sahibi “Sumqayıt” AZAL-la üz-üzə gələcək. Qarşılaşma Sumqayıt klubu üçün həyati əhəmiyyət kəsb edir və qazanılacaq 1 xal da bu komandaya çox vacibdi. Lakin rəqib düşərgədə də bu oyunu mütləq qazanmağa çalışacaqlar. Çünki AZAL-ın yeni baş məşqçisi təyin olunan Vaqif Sadıqov debüt matçında qələbə qazanmaq istəyindədi. Yetirmələri də yeni baş məşqçiyə özlərini göstərmək üçün əllərindən gələni edəcəklər. Maraq üçün xatırladaq ki, “Sumqayıt” təsnifat mərhələsindəki ilk oyunda “təyyarəçilər”i 2:1 hesabıyla məğlub etmişdi. Amma AZAL-ın qisası daha ağır olmuşdu - 6:3.
Nəhayət, turun qapanış matçında “Simurq” “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. Qarşılarında elə də ciddi hədəfləri olmayan komandaların duelində ənənə pozula bilər. Belə ki, təsnifat mərhələsində baş tutan hər iki oyunda bu klublar eyni hesablı sülhə razılaşmışdılar - 1:1. Bu dəfə isə ilk qələbə qeydə alına bilər.
Premyer Liqa
27-ci tur
7 aprel (şənbə)
Qəbələ – Xəzər Lənkəran
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ. Şəhər stadionu. Saat 16:00
İnter – Qarabağ
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. “Şəfa” stadionu. Saat 16:00.
Turan – Kəpəz
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Tovuz. Şəhər stadionu. Saat 16:00
8 aprel (bazar)
Neftçi – Bakı
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Xəqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00
AZAL – Sumqayıt
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Səfər Haşımov
Bakı. AZAL Arena. Saat 17:00.
Rəvan – Simurq
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. Dalğa Arena. Saat 18:15.
|
1
|
Neftçi
|
26
|
17
|
3
|
6
|
49 - 23
|
26
|
54
|
|
2
|
Qarabağ
|
26
|
14
|
7
|
5
|
31 - 16
|
15
|
49
|
|
3
|
Xəzər L
|
26
|
14
|
6
|
6
|
36 - 22
|
14
|
48
|
|
4
|
İnter
|
26
|
14
|
6
|
6
|
24 - 16
|
8
|
48
|
|
5
|
Qəbələ
|
26
|
12
|
6
|
8
|
35 - 28
|
7
|
42
|
|
6
|
Bakı
|
26
|
12
|
5
|
9
|
31 - 26
|
5
|
41
|
|
1
|
AZAL
|
26
|
10
|
5
|
11
|
39 - 41
|
-2
|
35
|
|
2
|
Rəvan
|
26
|
8
|
7
|
11
|
27 - 32
|
-5
|
31
|
|
3
|
Kəpəz
|
26
|
8
|
5
|
13
|
32 - 42
|
-10
|
29
|
|
4
|
Simurq
|
26
|
6
|
6
|
14
|
23 - 39
|
-16
|
24
|
|
5
|
Turan
|
26
|
5
|
4
|
17
|
20 - 36
|
-16
|
19
|
|
6
|
Sumqayıt
|
26
|
4
|
4
|
18
|
19 - 45
|
-26
|
16
|
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
