7 aprel 2012 22:55
Cihan yenə oynamadı, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının 34-cü turu çərçivəsində “Samsunspor”la görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. Buna baxmayaraq, Cihanın komandası qələbə qazanmağı bacarıb.
Baş məşqçi Rza Çalımbay bu oyunda yenə Cihana da şans verməyib. Millimizin üzvü sona kimi ehtiyatda qalıb.
Qeyd edək ki, “Sivasspor” hazırda 34 oyundan sonra 50 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Türkiyə Super Liqası
34-cü tur
7 aprel
Samsunspor - Sivasspor - 1:2
