6 aprel 2012 11:18

“Qol buraxmamaq üçün məndən asılı olan hər şeyi edəcəyəm”

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Elnur Zamanov azerisport.az saytına müsahibəsində DÇ-2012-yə vəsiqə uğrunda Rusiya ilə cavab pley-off matçına hazırlıqdan və şanslarımızdan danışıb.

- Cavab oyununa hazırlıqlar necə gedir?
- Hər şey yaxşıdı. Komandada əla atmosfer hökm sürməkdədi. İlk oyundan sonra daha çox müdafiəyə diqqət yetirməyə başlamışıq. Şansımızı əks-hücumlarda yoxlamağa çalışacağıq. Belə rəqiblə başqa cür mümkün deyil.
 
- Komandadan ilk qarşılaşma ilə müqayisədə bu dəfə daha yaxşı oyun gözləməyə dəyərmi? Çünki ilk oyunun yalnız son beş dəqiqəsində fəallıq nümayiş etdirə bildiniz...
- Təbii ki, indi hazırlığımız daha yaxşıdı. Hazırlıq üçün daha çox vaxtımız oldu. İndi bir-birimizi daha yaxşı başa düşürük.
 
- İlk oyunda 2:3 hesabıyla uduzduğumuzu nəzərə alsaq, bu dəfə nəyə ümid edirsiz?
- İlk növbədə müdafiədə diqqətli olmağa çalışacağıq. Daha sonra isə ələ düşən hər şansdan maksimum yararlanmalıyıq. İndidən deyə bilərəm ki, belə vəziyyətlər elə də çox olmayacaq. Yalnız hər qol vəziyyətini dəyərləndirəcəyimiz halda dünya çempionatına vəsiqəyə ümid edə bilərik.

- Ruslar artıq demək olar ki, özlərini DÇ-də hiss edirlər...
- Onlar bunda haqlıdırlar. Amma biz hesab edirik ki, qalib hələ müəyyənləşməyib və hər şeyə Tümendə aydınlıq gələcək. Biz nə bacarırıqsa, etməyə çalışacağıq. Azərbaycan yığmasının tarixində ilk dəfə mundiala getmək şansı var. Bunun üçün sadəcə bir addım atmaq qalıb. Bundan necə istifadə etməmək olar?
 
- Cavab oyununda da qapını siz qoruyacaqsız. Bu xəbəri necə qarşıladınız?
- Sevindim. Bu, özümü göstərməyim üçün daha bir şansdı. Daim əsas heyətdə çıxış etmək istəyirəm. Fikrimcə, Rusiya ilə oyunda komandanı pis vəziyyətdə qoymaram. Məndən asılı olan nə varsa, edəcəyəm ki, qol buraxmayaq.
 
- Yığmamızın Andrey Tveryankindən həqiqətən asılılığı var?
- Mən belə hesab etmirəm. Bizim yaxşı qapıçılarımız var. Onlar Tveryankinə sadəcə təcrübədə uduza bilərlər. Özümüzkülərə də ümid bəsləmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.