6 aprel 2012 11:26
Yığmamız almanlara 6 qol vurdu
Almaniyanın Frankfurt şəhərində təlim məşq-toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi “Rheinland-Auswahl” klubunun U-16 komandası olub.
Qarşılaşma 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Elnur Cəfərovun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Mahir Mədətov, Roman Hüseynov və Umar Akmurzayev fərqlənib.
