6 aprel 2012 12:32
AZAL-ın baş məşqçisi müəyyənləşdi
AZAL-ın yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubunu bundan sonra Vaqif Sadıqov çalışdıracaq.
Qeyd edək ki, “təyyarəçilər”in bundan öncə İqor Ponomaryovla anlaşdığı bildirilsə də, bu xəbərlər təsdiqini tapmamışdı. Lakin Vaqif Sadıqovun təyinatı təsdiqlənib. Onunla iki illik müqavilə imzalanıb. Futbolçulara təqdim olunan yeni baş məşqçi hətta komandanı ilk məşqə də çıxarıb.
Sadıqovun yeni komandasındakı köməkçisi də müəyyənləşib. Ona adətən birgə çalışdığı Şakir Qəribov kömək edəcək.
Son iş yeri Rusiyanın “Anji” klubu olmuş millimizin sabiq çalışdırıcısı bir müddət idi ki, işsiz idi. AZAL isə Rafiq Mirzəyevi istefaya göndərəndən sonra əvəzləyici axtarırdı.
