7 aprel 2012 00:57

Fransa klubu elə bir səhvə yol verdi ki...

Fransanın “Toulouse” klubu kuryoz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, bir klubdan futbolçu transfer edən Tuluza təmsilçisi ona görə ödəməli olduğu pulu başqa komandanın hesabına keçirib.
 
Fransızların bu səhvinə isə qardaş Türkiyə millisinin hücumçusu Umut Bulut səbəb olub. Məlum olduğu kimi, Fransa klubu bu oyunçunu yayda “Trabzonspor”dan transfer etmişdi. Lakin fransızlar bu transferə görə ödənilməli olan 802 min avroluq pulu Trabzon klubunun yox, “Ankaragücü”nün hesabına yatırıblar.
 
“Toulouse” rəsmiləri səhvlərini hadisədən bir müddət sonra anlayıblar. Onların bu barədə “Ankaragücü” klubuna yazdığı məktubdan sonra həmin pul geri qaytarılıb.
 
“Ankaragücü”nün rəsmisi Hikmet Hancıoğlu həqiqətən də ötən gün “Toulouse” klubunun onların hesabına 802 min avro pul yatırdıqlarını təsdiqləyib: “Mən dərhal məsələni rəhbərliyə çatdırdım. Kiçik araşdırmalardan sonra vəziyyət aydınlaşdı. İkitərəfli danışıqlardan sonra həmin məbləğ fransız klubuna geri qaytarıldı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.