7 aprel 2012 13:35
“Bizə bircə qələbə lazımdı”
“İnter”in qapıçısı Georgi Lomaya Premyer Liqanın 27-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıda sizin üçün heç də düşərli rəqib olmayan “Qarabağ”la oyun gəlir. Bu matçdan nə gözləyirsiz?
- Mən “Qarabağ”ı digər beş rəqibimizdən ayırmaq istəməzdim. Bu mərhələdəki hər bir rəqiblə oyun çətin keçir. Əlbəttə, ağdamlılar güclüdürlər. Onlar son dövrlərdə yalnız “Neftçi” ilə oyunda xal itiriblər.

- Yəni “Qarabağ”ı münasib olmayan rəqib kimi görmürsüz?
- Xeyr. Burda zəif rəqib yoxdu. Matça kimi şanslar bərabər olur. “Qarabağ”la oynamaq təkcə bizə çətin deyil. Onlar uzun müddət birgə çıxış etdikləri, bir-birini yaxşı başa düşdükləri üçün bütün komandalara çətin olur. Artıq neçə ildi eyni heyətlə oynayırlar.

- Ağdamlıların heyətində kimi xüsusi qeyd edə bilərsiz?
- Georgi Adamiyanı, Əfran İsmayılovu, Vüqar Nadirovu, Rəşad Sadıqovu. Ümumiyyətlə, ordakı bütün oyunçuları fərqləndirməyə dəyər.

- Bəs “İnter”də son turlar nə baş verir? Üç oyundu ardıcıl məğlub olmağınızın səbəbi nədi?
- Hər bir komandada problemlər olur. Bizə bircə qələbə lazımdı ki, hər şey yenidən əvvəlki qaydasına düşsün.
- “Xəzər Lənkəran”la son oyun böyük mübahisələrə səbəb oldu...
- Mən o oyunu şərh etmək istəmirəm.
- Bəs komandanın son dövrlər çox qol buraxmağa başlamasını şərh edə bilərsizmi?
- “İnter” uzun müddət idi uduzmurdu. Bu, ağ zolaq idi. Amma indi onun rəngi dəyişib və hələ ki, qara zolaqla irəliləyirik. Əgər çempion olmaq istəyiriksə, yenidən əvvəlki vəziyyətə qayıtmağımız lazımdı.

- Bəlkə, psixoloji problemlər var?
- Xeyr, bu cəhətdən hər şey qaydasındadı. Yaxşıları unudub, o dəqiqə pislərdən danışmağa da dəyməz. Son uğursuzluqlara, xal itkilərinə rəğmən, hələ də ilk üçlükdə qalmaqdayıq və çempionluq uğrunda mübarizəmizi davam etdiririk.

- “İnter”in çempionatda və kubokda uğur qazanmasını real hesab edirsiz?
- Niyə də yox? Avropada komandalar üç gündən bir oynayırlar. Mövsümü yaxşı başa vurmaq üçün bizə altı çempionat, üç kubok oyununu eyni səviyyədə keçirmək lazımdı. Fikrimcə, bu, elə də çox oyun deyil.