7 aprel 2012 14:30
Skuliç: Azərbaycan çempionatı Xorvatiya birinciliyindən güclüdü
“Bakı”nın sabiq yarımmüdafiəçisi Ernad Skuliç bildirib ki, Azərbaycan çempionatı Xorvatiya birinciliyindən daha güclüdü. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın sabiq dayaq yarımmüdafiəçisi ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Bizim ölkədə Vyetnam, Hindistan, Qazaxıstan, Azərbaycan kimi dövlətlərin çempionatları barədə düzgün olmayan fikir formalaşıb. Digərlərinə cavabdeh ola bilmərəm. Amma tam məsuliyyətimlə bir şey söyləyə bilərəm: Azərbaycan çempionatı Xorvatiyanınkından daha güclüdü”.

Qeyd edək ki, "Bakı"dan Aleksandr Starkov tərəfindən uzaqlaşdırılan Skuliç hazırda ölkəsinin "İnter" klubunda çıxış edir və köhnə-yeni komandasında artıq 4 oyun keçirib, 1 qol vurub.