7 aprel 2012 16:23
Yannik Kamanan mükafatına qovuşdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, KİV nümyəndələri, klubların baş məşqçiləri və komandaların kapitanları arasında aparılmış sorğunun nəticəsinə əsasən "Qəbələ" klubunun 31 yaşlı fransalı hücumçusu ötən ay üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi.
Bu gün qalibə Peşəkar Futbol Liqasının hədiyyəsi və pul mükafatı təqdim olunub. Mükafatlandırma mərasimi “Xəzər Lənkəran”la bu gün keçirilən oyun öncəsi reallaşdırılıb.
