7 aprel 2012 18:28
“Erkən qol komandanı ruhdan saldı”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 27-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Erkən qol buraxmağımız komandanı ruhdan saldı. İkinci hissədə isə komanda özünə gələ bilmədi”.
