7 aprel 2012 18:34
“Bizim üçün üç xal çox vacib idi”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 27-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 2:0 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları dilə gətirib:
“İlk hissədə hücum futbolu oynadıq. Fasilədən sonra isə müdafiəyə çəkildik. Rəqibimiz ikinci hissədə çox yaxşı oynadı, bir neçə qol imkanından istifadə edə bilmədi. Bizim üçün üç xalı qazanmaq vacib idi”.
