7 aprel 2012 18:39
Yunis Hüseynov: Qələbə qazansaq da, oyundan razı qalmadım
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 27-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Ağır oyun olacağını bilirdik. Altılıqda asan oyun olmur. “Qəbələ” final mərhələsində çox yaxşı oyun göstərən komandalardan biridir. Qalib gəlməyimizə baxmayaraq komandanın oyunundan razı qalmadım. Futbolçuların fiziki hazırlığı, hələ ki, istənilən səviyyədə deyil. Qol vurandan sonra komanda müdafiədə oynadı”.
