7 aprel 2012 18:45
Fatih Kavlak: Bu, Azərbaycan futbolunun xeyrinədi
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 27-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bəzən belə oyunlar da olur. Bir çox qol imkanlarımız olsa da, qol vura bilmədik. Altılıq oyunları çox ağır keçir, lakin, bu, Azərbaycan futbolunun xeyrinədi. Erkən qol buraxmağımız oyunumuza təsir etdi”.
