7 aprel 2012 19:04
Qurban Qurbanov: Heç-heçə ədalətli nəticədi
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komandaya bu oyunda qələbə lazım idi. İkinci hissə daha maraqlı və sürətli keçdi. İlk hissədə taktiki cəhətdən çox nizamlı oynayan komandaya qarşı oynadıq. "İnter" oyunumuzu yaxşı analiz etmişdi. Oyunda bir neçə qol imkanı oldu, amma heç-heçə ədalətli nəticədir. Xalımızın üstünə bir xal da gəldi. Bu oyunu yaddan çıxarıb, qarşıdakı daha ağır oyunlara hazırlaşmalıyıq”.
