7 aprel 2012 20:24
“Xəzər Lənkərana qol vura bilməsəm də, pul aldım”
Futbol üzrə Azərbaycan Premyer Liqasının mart ayı üçün ən yaxşı futbolçusu seçilən Yannik Kamanan bu münasibətlə aldığı 1111 manat mükafatı hara xərcləyəcəyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən adətən öz qollarımla ailəmə sevinc bəxş edirəm. Bu gün “Xəzər Lənkəran”ın qapısına yol tapmaq mənə müyəssər olmadı. Amma əvəzində pul qazandım (gülür). Yəqin ki, bu pulla ailəmə, qızıma hədiyyə alacam”.