8 aprel 2012 00:07

Xəzər Lənkəranın günü

Premyer Liqada daha bir tura start verildi. Azerisport.az xəbər verir ki, 27-ci turun ilk oyun günündə birinci altılığın 2, ikinci altılığın isə 1 oyunu keçirildi.
 
Yunis Hüseynovun rəhbərliyi altında ötən tur ilk qələbəsini qazanan “Xəzər Lənkəran” 26-cı turda “Bakı”ya yenilən “Qəbələ”nin qonağı oldu. Hesabı 2-ci dəqiqədə Branimir Subaşiç açdı. Qalan dəqiqələrdə komandaların çoxlu qol vəziyyətləri oldu. Bu mənada xüsusilə meydan sahibləri oyunun sonlarında hesabı bərabərləşdirmək üçün az imkanı boşa vermədilər. Lakin bütün cəhdlərinə baxmayaraq, komandalardan heç biri fərqlənmədi və “Xəzər Lənkəran” ardıcıl ikinci qələbəsini qazandı. Nəticədə Fatih Kavlakın komandası mükafatçılar sırasına düşmək, avrokuboklara vəsiqə qazanmaq şanslarını daha da azaltmış oldu.
 
Turun mərkəzi oyununda turnir cədvəlinin 2-3-cü pillələrində qərarlaşan “İnter”lə “Qarabağ” üz-üz gəldi. Çempionluğa iddialı komandaların “Şəfa”dakı duelində ilk yarı qolsuz tamamlandı. Yalnız son 15 dəqiqədə komandalar hərəyə bir dəfə fərqlənə bildilər. 75-ci dəqiqədə Maksim Medvedev hesabı açdı. Lakin matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə az öncə meydana çıxmış Baçana Tsxadadze bərabərlik qoluna imza atdı.
 
Beləcə, iddialılar daha çox lider “Neftçi”ni rahatlaşdıran heç-heçəyə imza atdılar. Bu hesab eyni zamanda “Xəzər Lənkəran”a daha çox sərf etdi. Belə ki, Lənkəran təmsilçisi qazandığı qələbə sayəsində ikinci pilləyə yüksəldi. Düzdü, “Qarabağ” və “Xəzər Lənkəran”ın liderlə aradakı xal fərqi elə də çox deyil. Amma bu gün “ağ-qaralar” qələbə qazanacağı halda, fərq daha da arta bilər. “İnter” üçün aradakı fərq daha da böyük olacaq ki, bu da sözügedən komandanın son dörd turda qələbəyə həsrət qalmasının nəticəsidi.
 
Günün son oyunu Tovuzda keçirildi. Burada isə ikinci altılıq çərçivəsində “Turan” “Kəpəz”i qəbul etdi. Bu oyunda da erkən qol vuruldu. Hesabı 2-ci dəqiqədə Azər Məmmədov açdı. 28-ci dəqiqədə isə Aleksandr Qoqoberişvili penaltini dəqiq yerinə yetirərək, “Turan”ın üstünlüyünü iki topa çatdırdı. Elə oyun bu hesabla da yekunlaşdı. Qələbəyə daha çox ehtiyacı olan tovuzlular heç bir iddiası olmayan gəncəlilər üzərindəki zəfərlə növbəti qızıl xallarına sevindilər.
 
Turun qalan üç oyunu bu gün keçiriləcək. “Neftçi” “Bakı”nı, AZAL “Sumqayıt”ı, “Rəvan” isə “Simurq”u qəbul edəcək.
 
Premyer Liqa
27-ci tur
7 aprel (şənbə)
 
TURAN – KƏPƏZ - 2:0 (2:0)
Qollar: Azər Məmmədov, 2 (1:0), Aleksandr Qoqoberişvili, 28-pen (2:0)
Vərəqələr: Azər Məmmədov, 31 (qeyri-idman hərəkəti), Asəf Qədiri, 59(qeyri-idman hərəkəti), Aleksandr Qoqoberaşvili, 83 (hakimin qərarına etiraz) - Nikolay Svejentsev, 28 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Yaşar Abbasov, Fərid Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
7 aprel 2012. Tovuz şəhər stadionu. 3500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 5. Ayxan Abbasov, 9. Xəyal Qarayev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberaşvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov (23. Qüvvət Əmrahov, 82), 21. Rəşad Orucov, 24. Dan Pisla (8. Asəf Qədiri, 38), 32. Cavid Tağıyev (4. Seymur Tağıyev, 75).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev, 22. Cavad Mirzəyev.
Baş məşqçi: Əsgər Abdullayev
Kəpəz: 88. Elşən Poladov, 2. Nail Məmmədov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 27. Pərvin Paşayev (23. Junivan Suares, 77), 18. Nikolay Svejentsev (19. Zaur Əsədov, 41), 8. Armand Feutçin, 25. İon Arabadji, 14. Dmitri Parxaçov (6. Vasif Əliyev, 69), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular:  1. Xəyal Zeynalov, 9. Ceyhun Əhmədov, 7. Georgi Sepiaşvili.
Baş məşqçi: Fuad İsmayılov.
 
QƏBƏLƏ – XƏZƏR LƏNKƏRAN - 0:1 (0:1)
Qol: Branimir Subaşiç, 3.
Vərəqələr: Yannik Kamanan, 39 (qeyri-idman hərəkəti), Ürfan Abbasov, 56 (qeyri-idman hərəkəti), Saşa Yunisoğlu, 83 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - Andrey Mureşan, 5 (rəqibi əllə tutduğuna görə), Roberto Alviz, 31 (qeyri-idman hərəkəti), Rahid Əmirquliyev, 39 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Adrian Pit, 77 (rəqibi əllə tutduğuna görə) – sarı.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
7 aprel 2012. Qəbələ şəhərstadionu. 2500 tamaşaçı.
Qəbələ: 30. Qrem Smit, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi (17. Arif İsayev, 83), 10. Deon Burton (22. Murad Hüseynov, 69), 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 33. Saşa Yunisoğlu, 34. Ürfan Abbasov (15. Nodar Məmmədov, 88), 77. Dodo.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin, 21. Elmar Baxşıyev.
Baş məşqçi: Fatih Kavlak.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 7. Katalin Doman (22. Antonio Semedo, 67), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (81. Rikardo Qomeş, 90+3), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes (10. Elnur Abdullayev, 77).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Zahid Quliyev, 18. Alim Qurbanov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Yunis Hüseynov.
 
İNTER – QARABAĞ - 1:1 (0:0)
Qollar: M.Medvedev, 75 (0:1), B.Tsxadadze, 90+1 (1:1)
Vərəqələr: Asif Məmmədov, 86 (qeyri-idman hərəkəti) - Namiq Yusifov, 49 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Vüsal Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
7 aprel 2012. Bakı. “Şəfa” stadionu. 2000 tamaşaçı.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
İnter: 1. Georgi Lomaya, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 65), 11. Asif Məmmədov (28. Baçana Tsxadadze, 86), 14. Peter Zlatinov (13. Bronislav Çervenka, 60), 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 20. Girt Karlson, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 16. Elnur Abdulov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (2. Qara Qarayev, 90+1),  7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov (22. Əfran İsmayılov, 66), 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya (11. Rauf Əliyev, 66).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
 
1
Neftçi
26
17
3
6
49 - 23
26
54
2
Xəzər L
27
15
6
6
37 - 22
15
51
3
Qarabağ
27
14
8
5
32 - 17
15
50
4
İnter
27
14
7
6
25 - 17
8
49
5
Qəbələ
27
12
6
9
35 - 29
6
42
6
Bakı
26
12
5
9
31 - 26
5
41
 
1
AZAL
26
10
5
11
39 - 41
-2
35
2
Rəvan
26
8
7
11
27 - 32
-5
31
3
Kəpəz
27
8
5
14
32 - 44
-12
29
4
Simurq
26
6
6
14
23 - 39
-16
24
5
Turan
27
6
4
17
22 - 36
-14
22
6
Sumqayıt
26
4
4
18
19 - 45
-26
16
 
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL) 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.