7 aprel 2012 00:33
“Kəpəzin planında bizə məğlub olmaq yoxdu”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 27-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz hər oyuna sonuncuymuş kimi çıxırıq. İndi hər xal qızıla bərabərdi. Premyer Liqada qalmaq istəyirik. Bunun üçün isə qələbələrimizin sayını artırmalıyıq. “Kəpəz” heç də adi komanda deyil. Bizə gəlincə, mövsümün əvvəlində daha yaxşı oynayırdıq. Amma sonradan komandada eniş başladı. Lakin indi problemləri bir kənara qoyub, xal və xallar qazanmalıyıq. Fikrimcə, “Kəpəz”in də planında məğlub olmaq yoxdu. Hər halda qələbə üçün sona kimi mübarizə aparacağıq”.