7 aprel 2012 00:46
“Azərbaycan millisinin itiriləsi heç nəyi qalmayıb”
Futzal üzrə Rusiya yığmasının aparıcı oyunçularından olan Konstantin Mayevski dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisi ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Rusiya yığması hazırda sərgilədiyi oyunla istənilən oyunun, istənilən rəqiblə qarşılaşmanın favoritidi. Azərbaycan da istisna deyil. Biz Bakıdakı oyunda daha çoxuna layiq idik. Matçın sonlarında buraxılan qollar yerinə düşmədi. Azərbaycan qapıçısız oynamağa başlayanda biz növbəti qolları da vura bilərdik. Amma bunlardan yararlana bilmədik. Cavab oyununa hazırlığa gəlincə, güman ki, 2-3 nəzəri məşqimiz olacaq. Aprelin 7-də iki məşqimiz nəzərdə tutulub. Növbəti gün isə daha bir məşq olmalıdı. Əminəm ki, qarşıdakı üç gündə keçirəcəyimiz hazırlıqlar faydalı olacaq və biz oyuna yaxşı vəziyyətdə çıxa biləcəyik. Biz Bakıdakı oyunda rəqibdən bütün komponentlərdə üstün idik. Aprelin 9-da isə tamamilə fərqli oyun olacaq. Azərbaycanın artıq itiriləsi heç nəyi qalmayıb. Onların güclü yığması var. Buna görə də ciddi hazırlaşmaq lazımdı. Əminəm ki, Tümendə anşlaq olacaq və bizi Rusiyaya layiq şəkildə dəstəkləyəcəklər”.
