8 aprel 2012 01:54
“Bundan sonra AZAL-da gənc futbolçulara üstünlük veriləcək”
AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, o, təqdimatı zamanı bunları dilə gətirib:
“Mövsümün qalan oyunlarında komandanı mümkün qədər yaxından tanımağa çalışacağam. Mümkündü ki, yayda heyətdə dəyişikliklər olsun. İndidən bir şeyi dəqiq deyə bilərəm ki, bundan sonra AZAL-da gənc futbolçulara üstünlük veriləcək. Növbəti mövsüm üçün isə komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulacaq”.