8 aprel 2012 18:56
Novruz Əzimov: Vaxt qalsaydı, hesabı bərabərləşdirə bilərdik
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 27-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:2 hesabı ilə uduzduğu görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün əhəmiyyətli oyun idi. Bəlkə də, bu, futbolçular üzərində psixoloji təsir yaratdı. İlk hissəsdə qol imkanlarımız, demək olar ki, olmadı, “Neftçi”nin bir qolu qapı dirəyindən döndü. İkinci hissədə isə “Neftçi”nin ikinci qolu Bahodir Nasimovun yüksək fərdi ustalığı və futbolçularımızın diqqətsizliyi nəticəsində vuruldu. Bu cür oyunlardan dərs almalıyıq. Bir az da vaxtımız olsa idi hesabı bərabərləşdirə bilərdik. Çempionatda çox ağır vəziyyətə düşdük”.
