8 aprel 2012 19:05
Böyükağa Hacıyev: İstədiyimiz nəticəni əldə edik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 27-ci turunun “Bakı”yla oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:1 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları dilə gətirib:
“İstədiyimiz nəticəni əldə edik, 3 xal bizə hava-su kimi lazım idi. Hesab 2-0 olandan sonra heyətdə 3 dəyişiklik etdim. Bu da oyunumuza təsirsiz ötüşmədi. Dirəyə dəyən top da qol olsaydı, böyük hesablı qələbə qazanardıq. Yolumuza davam edirik”.
