8 aprel 2012 19:55
“Azərbaycanla oyunda favorit görmürəm”
Futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisinə qarşı keçirəcəkləri cavab pley-off oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında aşağıdakıları dilə gətirib:
“Dünya çempionatına yalnız bir vəsiqə var. Odu ki, hər şeyə sabahkı oyunda aydınlıq gələcək. Bizə çox ciddi rəqib düşüb. Azərbaycanın necə ciddi rəqib olduğunu ilk oyun da göstərdi. Qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoymalıyıq. Azərbaycan yığması Avropanın güclü komandaları ilə bərabər səviyyədə mübarizə aparır. Bu komandaya hörmət edirəm. Amma bizim hədəfimiz bu oyuna sonadək nəzarəti əldə saxlamaqdı. İlk oyundan müəyyən nəticələr çıxarmışıq və Bakıdakından daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Həmin oyun həqiqətən çətin alındı. Məşqlərdə çox çalışmışdıq. Amma yenə səhvlərə yol verdik və iki qol buraxdıq. Mən bu cütdə favorit görmürəm. Hər iki komandanın DÇ-2012-yə çıxmaq şansı var. Sabahkı oyunda bütün 40 dəqiqəni pressinq tətbiq etməliyik”.
