8 aprel 2012 20:38
“Qarşımıza 7-ci yeri tutmağı məqsəd kimi qoymuşuq”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 27-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Doğurdan da, oyun yüksək tempdə keçdi. “Simurq” əvvəlkindən daha yaxşı təsir bağışlayır. Bir neçə qol imkanından istifadə edə bilmədik. Qarşımıza 7-ci yeri tutmağı məqsəd kimi qoymuşuq. Bugünkü oyunda iki xal itirdik. Buna baxmayaraq, yaxşı oyuna görə komandama minnətdaram”.
