8 aprel 2012 20:42
“Qalib gəlmək istəyirdik, amma alınmadı”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 27-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı və gərgin şəraitdə keçən oyun izlədik. “Rəvan” güclü komandadır. Qalib gəlmək istəyirdik, lakin alınmadı”.
