8 aprel 2012 20:54
Bernard Raab: Bu oyundan sonra nəsə demək çətindi
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 27-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun keçdi. Bu oyundan sonra nəsə demək çətindi. Komandamdan razı qaldım. Bütün oyun ərzində mübarizə apardılar. Tapşırıqlarımı yerinə yetirdilər, səhvlər az buraxdılar. Baxmayaraq ki, qırmızı vərəqədən sonra mövqelərini tutmaqda çətinlik çəkirdilər”.
