8 aprel 2012 21:02
Vaqif Sadıqov AZAL-dakı debüt matçından danışıdı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 27-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı debüt matçına çıxardığı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Qırmızı vərəqələrdən sonra komanda iradəsini ortaya qoydu. Bu gün komandada hansısa dəyişikliklər etmək çətin olsa da, özünəməxsus müəyyən cizgilər məni qane etdi. Təəssüf ki, təcrübəli futbolçular özlərini “yaxşı” göstərməklə komandalarını çətin vəziyyətdə qoydular. Oyun sona qədər gərgin mübarizə şəraitində keçdi”.
